Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfəri başlayıb

A- A A+

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada danışıqlara başlayıblar.

NUHÇIXAN xəbər verir ki, Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutan görüşdə prezidentlər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər. Bundan əlavə, prezidentlər iki ölkənin işgüzar dairələri ilə görüşəcək, axşam isə Böyük Teatrda Rusiya və Türkiyə qarşılıqlı Mədəniyyət və Turizm İlinin açılışında iştirak edəcək, Ankara Opera və Balet Teatrı artistlərinin ifasında “Troya” operasına tamaşa edəcəklər.

Xatırladaq ki, Türkiyə Prezidenti bu ilin yanvar ayında Moskvada, fevral ayında isə Soçidə rusiyalı həmkarı ilə görüşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: