ABŞ Ordusu İranın bir sualtı qayığı da daxil olmaqla 17 hərbi gəmisini məhv edib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib.
"İndiyə qədər İranın 17 gəmisini, o cümlədən indi gövdəsində deşik olan ən işlək sualtı qayığı məhv etdik", - o deyib.
Admiralın açıqlamalarının videosu komandanlığın "X" sosial media platformasındakı səhifəsində paylaşılıb.
