Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Hörmüz boğazından az istifadə etmək üçün xam neftin böyük hissəsini Qırmızı dəniz vasitəsi ilə ixrac etməyi planlaşdırır.
NUHÇIXAN “Reuters”ə istinadla xəbər verir ki, Hörmüz boğazında nəqliyyat iflic olub. Buna görə də şirkət xam nefti Qırmızı dənizdə yerləşən Yanbu terminalına yönləndirməyi planlaşdırır.
Lakin treyderlər və ekspertlər bildirirlər ki, bu terminalın tutumu dünyanın ən böyük neft istehsalçısının tələblərinə cavab verməyəcək. Krallıqda sutkalıq neft hasilatı 10 milyon barelə yaxın olduğu halda, terminalın gündəlik ötürmə gücü 7 milyon tondur.
