“Belavia” Dubaydan ilk təxliyə reysini reallaşdırıb

A- A A+

“Belavia” aviaşirkəti Dubaydan ilk təxliyə reysini reallaşdırıb. Fevralın 28-nə bileti olan sərnişinləri gətirən təyyarə martın 4-ü səhər saatlarında Minsk Milli Hava Limanına eniş edib.

NUHÇIXAN Belarusun “Belta” agentliyinə istinadla xəbər verir ki, “Boeing 737-800” tipli təyyarənin göyərtəsində 189 sərnişin olub. Uçuş təhlükəsizlik məqsədilə riskli ərazilərdən yan keçərək, Aktauda yanacaqdoldurma dayanacağı etməklə icra olunub.

Bildirilib ki, martın 4-ü və 5-də daha bir neçə təxliyə uçuşunun keçirilməsi planlaşdırılır. Uçuşlar Belarus Xarici İşlər Nazirliyi, səfirliklər və tur operatorları ilə əməkdaşlıq çərçivəsində təhlükəsiz şəkildə həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: