ABŞ Madridlə bütün ticarət əlaqələrini kəsə bilər

A- A A+

ABŞ Prezidenti Donald Tramp bildirib ki, hərbi xərclərini ümumdaxili məhsulunun 5 faizinədək artırmaqdan imtina edəcəyi təqdirdə Madridlə bütün ticarət əlaqələrini kəsəcək.

NUHÇIXAN xəbər verir ki, İspaniya hökuməti isə Vaşinqtonun təhdidlərinə cavab olaraq beynəlxalq hüquqa və Avropa İttifaqı ilə ABŞ arasında ikitərəfli müqavilələrə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.

ABŞ-nin İspaniya ilə ticarət əlaqələrini kəsəcəyi ilə bağlı təhdidlərdən sonra Avropa Komissiyasının nümayəndəsi Olof Gill Avropa İttifaqının maraqlarını müdafiə edəcəyinə vəd verib.

Almaniya Kansleri Fridrix Merts isə öz növbəsində ABŞ Prezidenti Donald Trampla görüşündə İspaniya hökumətini müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmağın zəruriliyinə inandırmağa çalışacağını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: