Böyük Britaniya hökuməti tərəfindən Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda regionu tərk etmək istəyən ölkə vətəndaşları üçün Omandan xüsusi təxliyə uçuşu təşkil olunub.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, hökumətin sifarişi ilə həyata keçiriləcək uçuş bu gün yerli vaxtla saat 23:00-da həyata keçiriləcək.
Rəsmilər bildiriblər ki, uçuş zamanı ilk növbədə ən həssas kateqoriyaya aid şəxslərə üstünlük veriləcək.
