Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həyat təminatı obyektlərinin, nəqliyyat, enerji və kommunal infrastrukturun, o cümlədən aeroportların, dəniz və çay limanlarının təhlükəsizliyinin gücləndirilməsi barədə tapşırıq verib.
NUHÇIXAN Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş nazirə, güc strukturlarının rəhbərlərinə, “Samruk-Kazına” Milli Rifah Fonduna, milli şirkətlərə və regionların icra orqanlarına bununla bağlı müvafiq tapşırıq verilib.
Bu işə kuratorluq Təhlükəsizlik Şurasının katibinə həvalə olunub.
