İsrail Tehran hava limanının müdafiə və aşkarlama sistemlərini məhv edib

A- A A+

İsrail Hərbi Hava Qüvvələri Tehranın "Mehrabad" hava limanının ərazisindəki hədəflərə zərbə endirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, aviazərbələrin onuncu dalğası zamanı İsrail qırıcıları "Mehrabad" hava limanının ərazisindəki infrastruktura hücum edib.

İsrail tərəfinin məlumatına görə, əməliyyat nəticəsində İran hökumətinin istifadə etdiyi və İsrail aviasiyası üçün təhlükə yaratdığı iddia edilən hava hücumundan müdafiə və aşkarlama sistemləri sıradan çıxarılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: