Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

A- A A+

Səhmləri Qətərin Fond Birjasında dövriyyədə olan dörd iri sənaye şirkəti “Qatar Energy” dövlət neft-qaz korporasiyası tərəfindən xammal tədarükünün dayandırılması ilə əlaqədar istehsalın qismən və ya tam dayandırıldığını elan edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Qətər İnformasiya Agentliyi məlumat yayıb.

TASS agentliyi yazır ki, neft-kimya sahəsində fəaliyyət göstərən “Mesaieed Petrochemical” holdinqi şirkətin strukturuna daxil olan müəssisələrin bəzi məhsulların istehsalını dayandıracağı ilə bağlı birjanı məlumatlandırıb. “Qatalum” birgə müəssisəsində səhmlərin 50 faizinə sahib olan “Qatar Aluminium” şirkəti də oxşar bəyanatla çıxış edib. “Qatalum” rəhbərliyi alüminium istehsalının “mərhələli şəkildə dayandırılmasını” planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: