İsveç vətəndaşlarını Əbu-Dabidən təxliyə etməyə hazırlaşır

A- A A+

İsveç polisi ölkə vətəndaşlarının mümkün təxliyəsinə hazırlıq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabiyə şəhərinə xüsusi qrup göndərib.

NUHÇIXAN xəbər verir ki, qərar Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Xarici İşlər Nazirliyinin müraciətindən sonra qəbul edilib.

Polisin məlumatına görə, təxminən 200 isveçlinin evə qayıtmaq üçün köməyə ehtiyacı ola bilər. İlk növbədə, xüsusi qayğıya ehtiyacı olanlara - azyaşlı uşaqları olan ailələrə, yaşlılara və əlilliyi olan insanlara köməyin göstərilməsi planlaşdırılır.

Milli Polis Əməliyyat Şöbəsinin bir qrupu təxliyə planı hazırlayacaq və lazım olduğu müddətdə hadisə yerində qalacaq. Səlahiyyətlilər zəruri hallarda əlavə resurslar və mütəxəssislər göndərməyə hazırdır.

Polis qeyd edir ki, bu cür əməliyyatlarda əhəmiyyətli təcrübəyə malikdir.

Xatırladaq ki, 2023-cü ilin noyabrında İsveç vətəndaşları Qəzza zolağından sərhəd keçid məntəqəsi ilə Misirə təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: