Venesuela ABŞ ilə diplomatik münasibətləri bərpa edib

A- A A+

Venesuela ABŞ ilə diplomatik və konsulluq münasibətlərinin bərpa olunduğunu elan.

NUHÇIXAN xəbər verir ki, Cənubi Amerika ölkəsinin hökuməti bununla bağlı qərarını dünən axşam saatlarında açıqlayıb.

Bəyanatda deyilir ki, bu addım Karakas və Vaşinqton arasında davamlı diplomatik dialoqun ardınca atılıb. Dialoq zamanı tərəflər institusional əlaqələri yeniləmək və ikitərəfli əməkdaşlığın yeni mərhələsinə keçmək barədə razılığa gəliblər.

Venesuela tərəfi qarşılıqlı hörmət, dövlətlərin suveren bərabərliyi və xalqlar arasında əməkdaşlıq prinsipləri ilə xarakterizə olunan ikitərəfli münasibətlərdə yeni bir mərhələyə hazır olduğunu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: