Böyük Britaniyanın London şəhərində İranla əlaqələri olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.
NUHÇIXAN Böyük Britaniya polisinin məlumatına istinadla xəbər verir ki, saxlanılan şəxslərdən 1-i İran vətəndaşı, digərləri həm Böyük Britaniya, həm də İran vətəndaşlığına malik şəxslərdir. Onlar xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə şübhəli bilinirlər.
Polisin bu istiqamətdə əməliyyatları davam etdirdiyi bildirilir.
