Bu il Niderlandın Ukraynaya ayıracağı yardım 3 milyard avronu ötməyəcək

A- A A+

Niderland Parlamentinin Kiyevə əlavə vəsait ayırmaq qərarına baxmayaraq, Amsterdam 2026-cı ildə Ukraynaya planlaşdırılan 3 milyard avroluq hərbi yardımı artırmayacaq.

NUHÇIXAN xəbər verir ki, Niderlandın müdafiə naziri Dilan Yeşilgöz-Zeqerius bu barədə parlament müzakirələri zamanı deyib.

“Niderland Ukraynanın istədiyi bütün dəstəyi təkbaşına təmin edə bilməz”, - deyə o, müdafiə nazirliyinin büdcəsi ilə bağlı dinləmələrdə bildirib.

Nazirin sözlərinə görə, Niderland hökuməti cari ildə Kiyevə yardım üçün artıq 2,6 milyard avro büdcə ayırıb və yaxın gələcəkdə bu dəstək 3 milyard avroya çatacaq.

Xatırladaq ki, 2025-ci ilin dekabrında Niderland parlamenti Ukraynaya əlavə 2 milyard avro hərbi yardımın ayrılması barədə qərar qəbul edib. Buna baxmayaraq müdafiə və xarici işlər nazirliklərinin büdcələrindəki istifadə olunmamış vəsaitlərdən yalnız 700 milyon avro yığmaq mümkün olub. Beləliklə, parlament qərarının həyata keçirilməsi üçün lazım olan daha 1,3 milyard avro maliyyələşdirilməmiş qalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: