Daha 300 ukraynalı müdafiəçi Rusiya əsirliyindən azad edilib - FOTOLAR
Daha 300 ukraynalı müdafiəçi Rusiya əsirliyindən azad edilib. Cenevrədə razılaşdırıldığı kimi, mübadilənin ikinci mərhələsi martın 6-da baş tutub.
NUHÇIXAN bu barədə Prezident Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir. Ukrayna Prezidenti bildirib ki, bu gün əsirlikdən azad olunanların əksəriyyəti bir ildən çox, bəziləri isə 2022-ci ildən bəri əsir saxlanılıb.
Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin nümayəndələri, eləcə də Ukrayna Milli Qvardiyasının, Dövlət Sərhəd Xidmətinin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin üzvləri evə qayıdırlar.
Bu gün azad edilən müdafiəçilər arasında əsgər və çavuşlarla yanaşı, zabitlər də var. Azadlığa buraxılan ən gənc məhbusun 26, ən böyüyünün isə 60 yaşı var.
Ümumilikdə, Donetsk, Luqansk, Xarkov, Zaporojye və Xerson cəbhələrində döyüşən, eləcə də Mariupolun müdafiəsində iştirak edən ukraynalılar evə qayıdırlar.