Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan telefon danışığı zamanı Yaxın Şərqdəki hadisələri müzakirə ediblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Tərəflər Yaxın Şərqdəki hadisələri müzakirə edərək, vəziyyətin davamlı olaraq gərginləşməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Nazirlər regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsinin vacibliyini vurğulayıblar.
