Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr bölgədəki vəziyyətin gərginləşməsi fonunda İranla sərhəd boyunca uçuşlara başlayıb.
NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə hava məkanı, o cümlədən Hakkari əyalətinin cənub-şərqindəki Yüksekova bölgəsində patrul xidməti həyata keçirilir.
Bu məsələ ilə bağlı Türkiyə Milli Müdafiə Nazirliyindən rəsmi açıqlama verilməyib.
İranla sərhəd bölgələrində vəziyyət sakitdir.
Türkiyə Silahlı Qüvvələrinin quru qoşunları İranla quru sərhədi boyunca vəziyyəti izləməyə davam edir və qanunsuz miqrant axınına qarşı tədbirlər görür.
Bu arada, Türkiyə Nəqliyyat Nazirliyi İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşların dayandırılmasını martın 9-dək uzadıb.
