Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirib

A- A A+

"Bölgəmizdə baş verən son hadisələr fonunda Şimali Kipr Türk Respublikasına (ŞKTR) təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən KKTC ərazisinə yerləşdirilib".

NUHÇIXAN xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, baş verən hadisələrin inkişafından asılı olaraq aparılacaq qiymətləndirmələrin nəticəsinə əsasən, zərurət yarandığı halda əlavə tədbirlərin görülməsi davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: