Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib
Ukrayna İordaniyadakı ABŞ hərbi bazalarını qorumaq üçün tutucu dronlar və bir qrup mütəxəssis göndərib.
NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The New York Times” qəzetinə müsahibəsində deyib.
Zelenski bildirib ki, ABŞ martın 5-də Kiyevdən kömək istəyib və Ukrayna komandası ertəsi gün yola düşüb: "Biz dərhal müsbət cavab verdik”.
Zelenskinin sözlərinə görə, onların Yaxın Şərqə gəlişi tezliklə gözlənilir.
Prezident vurğulayıb ki, Ukrayna Yaxın Şərq ölkələrinə kömək etmək istəyir, lakin bu cür xahişləri öz ehtiyacları ilə balanslaşdırmalıdır.
Ukrayna, həmçinin Rusiyanı atəşkəsə razı salmağa təşviq etmək üçün diplomatik dəstək müqabilində Yaxın Şərq ölkələrinə kömək etməyə hazır olduğunu bildirib.
