Avropa Komissiyası Rumıniyada elektrik enerjisinin saxlanması layihələrinin dəstəklənməsi üçün 150 milyon avro dəyərində dövlət yardımı sxemini təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, proqram ölkədə enerji sisteminin dayanıqlılığını artırmaq və bərpaolunan enerji mənbələrinin elektrik şəbəkəsinə daha səmərəli inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Layihə çərçivəsində elektrik enerjisinin batareyalarda saxlanılması üzrə yeni güclərin yaradılması planlaşdırılır.
Avropa Komissiyasının bildirdiyinə əsasən, təşəbbüs Rumıniyada ən azı 2000 meqavat/saatdan çox enerji saxlama gücünün qurulmasına imkan verəcək. Bu isə ölkənin enerji sisteminin sabitliyinin gücləndirilməsinə və elektrik şəbəkəsinin daha tez işləməsinə şərait yaradacaq.
Qeyd olunur ki, proqram Avropa İttifaqının dövlət yardımı qaydalarına uyğun olaraq təsdiqlənib və Rumıniyada enerji keçidinin sürətləndirilməsinə xidmət edəcək. Bununla yanaşı, layihə ölkədə bərpaolunan enerji mənbələrinin inkişafına da əlavə stimul verəcək.
