Vladimir Putin İranın yeni ali rəhbərini təbrik edib

A- A A+

Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının yeni seçilmiş ali rəhbəri ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə təbrik məktubu ünvanlayıb.

NUHÇIXAN Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, Vladimir Putin Seyid Müctəba Hüseyni Xameneini İranın ali rəhbəri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, hazırkı şəraitdə bu yüksək vəzifədə fəaliyyət göstərmək cəsarət və fədakarlıq tələb edəcək.

Rusiya Prezidenti yeni rəhbərin atasının başladığı işi davam etdirəcəyinə əminliyini ifadə edib və Tehrana dəstəyin davam edəcəyini təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: