Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik

A- A A+

Türkiyə qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəydir. Bölgəmizdə sülh və sabitliyi pozacaq hər hansı bir ssenariyə qarşıyıq. Heç kim səhv hesablar etməsin. Qardaşı qardaşa qarşı qoyacaq tələyə düşməməliyik.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkənin İran böhranına qarışmasının qarşısını almaq və ölkə iqtisadiyyatına dəyən ziyanı minimuma endirmək üçün müvafiq addımlar atır: “Dövlətimiz güclüdür, hücumların qarşısını almaq üçün hər cür imkana malikdir. Türkiyənin 86 milyonluq əhalisinin sülhü və rifahı bizim əsas prioritetdir”.

Dövlət başçısı qeyd edib ki, Ankara öz addımlarını NATO ilə sıx əlaqələndirir.

Prezident Ərdoğan 16 dövlətin lideri ilə İranla bağlı telefon danışıqları apardığını xatırladıb. O, Türkiyənin təhlükəsizliyini möhkəmləndirəcək əlavə tədbirlərin davam etdiriləcəyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: