Böyük Britaniyada uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklif qəbul olunmayıb

A- A A+

Böyük Britaniya Parlamentinin İcmalar Palatası yaşı 16-dan az olan şəxslərin sosial mediadan istifadəsinə qadağa qoyulmasını nəzərdə tutan təklifi səsvermə yolu ilə rədd edib.

NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, onlayn mühitdə uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda irəli sürülən bu təşəbbüs 307 deputatın əleyhinə, 173 deputatın isə lehinə səs verməsi ilə qəbul edilməyib.

Qeyd edək ki, Avstraliyada tətbiq olunan modelə bənzər şəkildə hazırlanmış təklif bəzi siyasətçilər və ictimai xadimlər tərəfindən dəstəklənirdi. Onların fikrincə, valideynlər uşaqların internetdə qarşılaşdığı risklər səbəbindən çətin vəziyyətlə üz-üzə qalırlar. Təklifi dəstəkləyənlər arasında britaniyalı aktyor Hyu Qrant da olub. Lakin bəzi təşkilatlar bu qadağanın əks təsir göstərə biləcəyini açıqlayıb. Uşaqların müdafiəsi ilə məşğul olan NSPCC təşkilatı hesab edir ki, belə qadağa yeniyetmələrin daha az nəzarət olunan və tənzimlənməyən internet platformalarına yönəlməsinə səbəb ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: