Yaxın Şərq və Körfəz ölkələri neft hasilatını kəskin azaldıb

A- A A+

Hörmüz boğazından nəqliyyatın dayanması Yaxın Şərq və Körfəz ölkələrinin neft istehsalına ciddi təsir göstərib.

NUHÇIXAN xəbər verir ki, neft ixracının mümkün olmamasının anbarların tutumlarına mənfi təsir göstərməsi region ölkələrini hasilatı azaltmağa məcbur edib. Belə ki, İraqın gündəlik neft istehsalının təxminən 2,9 milyon barel azaldığı bildirilir. Bu göstərici ilə İraq regionda neft hasilatını ən kəskin azaldan ölkədir. Səudiyyə Ərəbistanı sutkalıq neft istehsalını 2-2,5 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri 500-800 min barel, Küveyt isə təxminən 500 min barel azaldıb.

Analiktiklərin fikrincə, 12-dən çox ölkəni əhatə edən regional münaqişə və Hörmüz boğazının bağlanması Yaxın Şərqdəki enerji infrastrukturuna mənfi təzyiq göstərməyə davam edir. Çünki qlobal neft tədarükünün təxminən 17 faizi Hörmüz boğazından keçir. Bu, eyni zamanda, yeni nəqletmə marşrutlarının müəyyənləşdirilməsi istiqamətində səyləri artırmağa vadar edir.

Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasserin sözlərinə görə, Hörmüz boğazının uzun müddət bağlı qalması neft bazarları üçün fəlakətli nəticələrə səbəb ola, əhəmiyyətli potensial pozuntu yarada və qlobal iqtisadiyyata ciddi ziyan vura bilər. Münaqişənin başlamasından bu vaxtadək qlobal miqyasda 180 milyon barel neft tədarükündə fasilələrin yarandığı bildirilir.

Bundan başqa, ABŞ Prezidenti Donald Trampın İranla müharibənin tezliklə başa çata biləcəyini deməsindən sonra neft qiymətləri 10 faizdən çox ucuzlaşıb. Hazırda birjalarda “Brent” markalı xam neftin bir barelini qiyməti 90 dollar civarındadır. Ötən gün isə qiymət 120 dollar/ barelə yaxınlaşmış, lakin bazardakı qeyri-müəyyənlik və kəskin dalğalanmalar səbəbindən fyuçers müqavilələrinin qiyməti təxminən 20 dollar ucuzlaşmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: