Ukraynanın daxili işlər naziri İqor Klimenko Milli Qvardiyanın tərkibində hücum alaylarının, eləcə də pilotsuz sistemləri və hava məkanını əhatə edən alayların yaradılması haqqında əmr imzalayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə nazir “Telegram” kanalında yazıb. “Bu gün Ukrayna Milli Qvardiyasının korpusu daxilində pilotsuz sistem və hücum alaylarının, habelə hava məkanını bağlayan alayın formalaşdırılması haqqında əmr imzaladım”, - deyə Klimenko bildirib.
Xatırladaq ki, martda 5-də Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski ərazi müdafiə qüvvələrinə zenit-raket və ağır artilleriya bölmələrinin daxil olunduğunu elan edib.
