Yaxın Şərqdəki hərbi əməliyyatlar regionun turizm sənayesinə gündə 600 milyon dollara başa gəlir.
NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Dünya Səyahət və Turizm Şurasına istinadla məlumat yayıb. Məlumata görə, münaqişədən əvvəl Dünya Səyahət və Turizm Şurası 2026-cı ildə Yaxın Şərqdə turizm sektorunun təxminən 207 milyard dollar qazanacağını proqnozlaşdırırdı.
