2026-cı il üzrə ABŞ-ın sutkalıq xam neft hasilatına dair proqnoz açıqlanıb.
NUHÇIXAN Birləşmiş Ştatların Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, cari ildə ölkədə neft istehsalının sutkada 13 milyon 610 min barel olacağı nəzərdə tutulur. Ötənaykı proqnoz sutkalıq 13 milyon 590 min barel idi.
2027-ci ildə isə Birləşmiş Ştatların gündəlik neft hasilatının 13 milyon 830 min barel təşkil edəcəyi gözlənilir. Əvvəlki proqnoz 13 milyon 320 min barel olmuşdu.
