Qazaxıstanda ətraf mühit könüllülərinin sayı 60 min nəfəri keçib.
NUHÇIXAN Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, “Taza Kaspi - Clean Caspian” ekoloji təşəbbüsü çərçivəsində Qazaxıstan və Azərbaycandan olan 2000-dən çox könüllü Xəzər dənizinin üç sahil ərazisini təmizləyərək 3 tondan çox tullantı toplayıb.
