Avropa İttifaqına üzv ölkələrin səfirləri insan hüquqlarının pozulmasında günahkar olduqları iddia edilən 19 şəxsə və təşkilata qarşı yeni sanksiyaları təsdiqləyiblər.
NUHÇIXAN xəbər verir ki, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bu barədə özünün sosial media hesabında yazıb. “Bu gün üzv ölkələrin səfirləri ciddi insan hüquqları pozuntularında məsul olan 19 rejim rəsmisi və təşkilatına qarşı yeni sanksiyaları təsdiqləyib”, - deyə Kaya Kallas bildirib.
Qeyd edək ki, bundan öncə, yanvarın 29-da Brüssel İranda hökumət əleyhinə etirazların yatırılmasında məsul olan təhlükəsizlik xidmətinin 15 zabitinə və ölkənin daxili işlər nazirinə qarşı sanksiyalar tətbiq etmişdi.
