Paşinyan: Ermənistan və Azərbaycan arasında sülh sazişi mütləq imzalanacaq

A- A A+

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edib.

NUHÇIXAN Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o bu barədə brifinq zamanı bəyan edib.

"Mən artıq demişdim və bir daha təkrar edirəm: ardıcıl, sakit diplomatik iş aparılır. Sülh sazişinin imzalanacağına şübhə etmirəm. İndi məsələ bunun nə vaxt baş verəcəyidir – apreldə, mayda, iyunda, sentyabrda, lakin o mütləq imzalanacaq", - o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: