Paşinyan: Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır

A- A A+

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.

NUHÇIXAN xəbər verir ki, bu fikri Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə səsləndirib. “Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz bu məntiqlə müstəqil dövlət qura bilmərik. Yeni Ermənistan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır”, - deyə o bildirib.

Paşinyan vurğulayıb ki, Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün səssiz və sakit diplomatik işlər aparılır. “Bu müqavilənin imzalanacağına şübhə etmirəm. Ermənistanda sülh əldə olunmasını istəməyən qüvvələr var. Biz, Ermənistan vətəndaşları sülhün qayğısına qalmalı və onu dönməz hala gətirməliyik”, - deyə Baş nazir əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: