BMT-nin Baş katibi Ankarada səfərdədir

A- A A+

Martın 12-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, görüş Türkiyə Xarici İşlər Nazirliyinin binasında qapalı qapılar arxasında keçirilib.

Türkiyə Xarici İşlər Nazirliyi həm məhdud, həm də genişləndirilmiş formatda keçirilən görüşün görüntülərini yayımlayıb.

BMT Baş katibinin Ankaraya səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Türkiyə liderinin Quterreşə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edəcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: