Vaşinqton administrasiyası məcburi əməkdən istifadə etməklə istehsal olunan malların idxalına dair qaydaları ilə bağlı təxminən 60 ölkə ilə ticarət araşdırmalarına başlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə ABŞ Ticarət Nümayəndəliyinin 12 martda dərc olunmuş bəyanatında bildirilir.
ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrin bildirib ki, qeyd olunan ölkələr məcburi əməkdən istifadə etməklə istehsal olunan malların idxalına qadağa qoymamış və ya effektiv şəkildə tətbiq etməmiş ola bilər.
Odur ki, rəsmi Vaşinqton bunun ABŞ ticarətinə hər hansı bir mənfi təsirinin olub-olmadığını müəyyən etmək istəyir.
Sənəddə göstərilib ki, ABŞ hakimiyyət orqanları bu yoxlamaları aparmaq niyyətində olduqları bütün dövlətlərlə məsləhətləşmələr tələb edəcək.
Hüquqi proseslərə məruz qalan ölkələrin siyahısına, digərləri ilə yanaşı, Argentina, Avstraliya, Braziliya, Birləşmiş Krallıq, Hindistan, İndoneziya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Cənubi Afrika, Cənubi Koreya, Avropa İttifaqı və Yaponiya daxildir.
