Çin ilə ABŞ arasında iqtisadi və ticarət məsələlərinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu Fransada keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb.
Danışıqlarda iştirak etmək üçün Çin Baş nazirinin müavini He Lifenin rəhbərliyi ilə nümayəndə heyəti martın 14-17-də Fransada səfərdə olacaq.
Qeyd edək ki, Donald Tramp ötən ilin yanvarında prezident vəzifəsinin icrasına başlayandan sonra dünyanın 2 böyük iqtisadiyyatı arasında yaranmış ticarət və rüsum mübahisələrinə dair bir neçə dəfə yüksəksəviyyəli danışıqlar keçirilib. Həmin danışıqlarda, habelə dövlət başçılarının ötən ilin sonunda Cənubi Koreyada keçirilmiş görüşündə müəyyən razılaşmalar əldə olunsa da, həllini gözləyən bir çox məsələ var.
