Böyük Britaniyada tələbə borcları yüz minlərlə funt sterlinqə çatır

A- A A+

Böyük Britaniyada bəzi məzunların borcu yüz minlərlə funt sterlinqə qədər yüksəlib.

NUHÇIXAN “Sky News”a istinadla xəbər verir ki, Tələbə Kreditləri Şirkətinin məlumatına əsasən, bir məzunun borcu 314 min 256 funt sterlinqə çataraq rekord göstərici qeydə alınıb. Bu məbləğ ölkə üzrə orta göstəricidən beş dəfədən çoxdur.

Statistikaya görə, azı 10 nəfərin tələbə borcu 267 min funt sterlinqdən çoxdur. Eyni zamanda, 8 min 232 nəfərin borcu 150 min funtdan artıqdır. Ümumilikdə 179 min 497 nəfərin tələbə krediti üzrə borcu 100 min funt sterlinqdən çoxdur. İngiltərədə bir məzunun orta tələbə borcu isə 53 min funtdan bir qədər artıqdır.

Məlumatlar göstərir ki, yüksək faiz dərəcələri səbəbindən bir çox məzunun borcu geri ödənişlərə baxmayaraq artmaqda davam edir. Statistikaya görə, 5,3 milyondan çox məzunun krediti geri ödənişlərə başladıqları vaxtdan bəri artıb, yalnız 1,6 milyondan bir qədər çox şəxsin borcu azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: