ABŞ Rusiya neftinin alışına müvəqqəti icazə verib

A- A A+

ABŞ növcud neft tədarükünə qlobal çıxışı artırmaq üçün Rusiya mənşəli neft və ya neft məhsullarının satışına, çatdırılmasına və ya boşaldılmasına müvəqqəti icazə verib.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ maliyyə katibi Skott Bessent deyib.

Nazir ABŞ Prezidenti Donald Trampın qlobal enerji bazarlarında sabitliyi təşviq etmək üçün qətiyyətli addımlar atdığını, ölkəsinin İranın yaratdığı təhdid və qeyri-sabitliklə mübarizə apararkən neft qiymətlərini aşağı səviyyədə saxlamaq üçün çalışdığını vurğulayıb.

“Mövcud tədarükə qlobal çıxışı artırmaq üçün ABŞ Maliyyə Nazirliyi ölkələrə hazırda açıq dənizdə qalmış Rusiya neftini almağa müvəqqəti icazə verib. Bu tədbir daha dar əhatə dairəsinə və qısamüddətlidir, o cümlədən yalnız hazırda tranzitdə olan neftə şamil ediləcək”, - deyə o əlavə edib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən verilən ümumi lisenziyaya əsasən, sanksiyalarla qadağan edilmiş Rusiya mənşəli neft və ya neft məhsullarının satışına, çatdırılmasına və ya boşaldılmasına aprelin 11-dək icazə verilib. Lakin bu şərtlə ki, həmin məhsullar martın 12-dək tankerlərə yüklənməlidir.

Skott Bessent, həmçinin Donald Trampın enerji siyasəti ABŞ-nin neft və qaz hasilatını rekord səviyyəyə qaldırdığını, bunu da yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: