İraqın hava məkanının bağlanma müddəti daha 72 saat uzadılıb.
NUHÇIXAN İraq Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi qərar qəbul edib.
Qurumun yaydığı bəyanatda vurğulanıb ki, İraqın hava məkanı bütün uçuşlar üçün 72 saat müddətinə bağlı qalacaq. Qərar martın 16-sı saat 12:00-dək qüvvədə olacaq. Bu addım müvəqqəti ehtiyat tədbiri kimi, eləcə də təhlükəsizlik vəziyyətinin davamlı qiymətləndirilməsi və regiondakı hadisələrin inkişafı əsasında atılıb.
Qeyd edək ki, ötən gecə İraqın qərbində Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus KC-135 tipli yanacaqdoldurma təyyarəsi partlayıb. Hadisə nəticəsində 4 heyət üzvünün öldüyü bildirilir.
