G7 ölkələri ABŞ-ni İranla münaqişəyə ən qısa müddətdə son qoymağa çağırıb

A- A A+

G7 ölkələrinin liderləri ABŞ Prezidentini Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması nəticəsində yaranan iqtisadi itkilərə görə İrana qarşı əməliyyatı mümkün qədər tez başa vurmağa çağırıblar.

NUHÇIXAN “Axios” portalına istinadla xəbər verir ki, G7 liderləri martın 11-də telefon danışığı zamanı Hörmüz boğazından keçən gəmiçilik yollarının “mümkün qədər tez təhlükəsiz” olmasının vacibliyini qeyd ediblər.

Donald Tramp, öz növbəsində, boğazdakı vəziyyətin “yaxşılaşdığını” və ticarət gəmilərinin tezliklə oradan keçə biləcəyini bildirərək cavab verib.

Martın 12-də İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei Tehranın düşmənə təzyiq göstərmək üçün Hörmüz boğazını bağlamaq imkanını qoruyub saxlamalı olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: