Türkiyə İranla bağlı münaqişədə tərəf dövlət deyil və hərbi əməliyyatlara cəlb olunmamaq üçün ehtiyatlı mövqe nümayiş etdirir.
NUHÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin hava məkanında İrana məxsus üçüncü ballistik raketin zərərləşdirilməsi hadisəsi şərh edilərkən bildirilib.
Qeyd olunub ki, regionda baş verən son proseslər təhlükəsizlik balansının qlobal və regional müstəvidə nə qədər kövrək olduğunu bir daha nümayiş etdirib.
İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər və Livanın "İranla münaqişə cəbhəsinin tərkib hissəsinə” çevrilməsinə diqqət çəkilərək bildirilib ki, Türkiyə istqamətində raket atışlarının intensivliyi yüksək deyil: "Raketlərin zərərləşdirilməsindən sonra ölkəmizdə tələfat və ya maddi ziyan olmayıb. İranın hər üç ballistik sursatı NATO hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Hazırda Türkiyə regionda yeni gərginliyin yaranmasının qarşısını almaq üçün məsuliyyətlə hərəkət edir, mövqeyini bütün tərəflərə çatdırır".
Həmçinin vurğulanıb ki, İran rəsmilərinə raket hücumuna görə məsul olan şəxsləri dərhal müəyyən etmək və müvafiq tədbirləri görmək üçün aydın siqnal verilib.
