Qazaxıstan Yaxın Şərqdən vətəndaşlarının təxliyəsini başa çatdırıb

A- A A+

Qazaxıstanın Yaxın Şərq regionundan vətəndaşlarının təxliyəsi başa çatıb.

NUHÇIXAN Qazaxıstan XİN-ə istinadla verdiyi xəbərə görə, ümumilikdə 10 275 vətəndaş vətənə qaytarılıb. Təxliyə hava və quru yolları da daxil olmaqla müxtəlif marşrutlarla həyata keçirilib.

Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri yerlərdə xarici dövlətlərin səlahiyyətli orqanları ilə əməkdaşlığı koordinasiya edib, həmvətənlərlə daimi əlaqə saxlayıb və vətəndaşlara lazımi yardım göstərib.

Qazaxıstan XİN qazaxıstanlıların vətənə təhlükəsiz qayıdışının təmin edilməsinə göstərdikləri dəstəyə görə dövlət orqanlarına və xarici tərəfdaşlara minnətdarlığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: