Starmer: Müttəfiqlərlə Hörmüz boğazının açılması üçün plan hazırlanır

A- A A+

Qlobal bazarlarda sabitliyin təmin olunması üçün Hörmüz boğazı yenidən açılmalıdır. Bu, asan məsələ deyil və buna görə Böyük Britaniya müttəfiqləri ilə birlikdə bölgədə dəniz nəqliyyatının sərbəst hərəkətini bərpa etmək üçün real plan üzərində işləyir.

NUHÇIXAN xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer keçirdiyi mətbuat konfrasında deyib.

O, bildirib ki, ABŞ-ın keçirdiyi əməliyyat İranın hərbi imkanlarını ciddi şəkildə zəiflədib. Starmer münaqişədən sonra İranın nüvə proqramını yenidən bərpa etməsinin qarşısını almaq və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün danışıqlar yolu ilə razılaşmanın vacib olduğunu vurğulayıb.

Baş nazir həmçinin vurğulayıb ki, qlobal bazarlarda sabitliyin təmin olunması üçün Hörmüz boğazı yenidən açılmalıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: