ABŞ və Çin liderlərinin görüşünün təhlükə altında olduğunu düşünmürəm, amma təxirə salınma ehtimalı böyükdür.
NUHÇIXAN-ın məlumatına görə, bu sözləri Ağ evin mətbuat katibi Kerolayn Livit deyib.
Onun sözlərinə görə, Çin sədri Si Cinpin Donald Trampı qonaq etməkdən və eynilə ABŞ Prezidenti çinli həmkarını Ağ evdə görməkdən olduqca məmnun olar.
“Səfər təxirə salınsa, biz yeni tarixi tezliklə açıqlayacağıq. Əslində bu, tamamilə vaxt məsələsidir. Təbii ki, ABŞ Prezidenti ali baş komandan kimi günün 24 saaatı “Epik qəzəb” əməliyyatının uğurla davam etdiyinə əmin olmaq istəyir. Ona görə də biz yeni tarixi tezliklə elan etməyi səbirsizliklə gözləyirik”, - deyə o əlavə edib.
