Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstan Respublikasının yeni Konstitusiyasını və 2026-cı il martın 15-də qəbul edilmiş “Qazaxıstan Respublikası Konstitusiyasının tətbiqi tədbirləri haqqında” Fərmanı imzalayıb.

NUHÇIXAN Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Prezident bu sənədi Konstitusiyanın qəbul edilməsinə həsr olunmuş mərasimdə imzalayıb.

Daha əvvəl Mərkəzi Referendum Komissiyası martın 15-də keçirilən səsvermənin nəticələrini açıqlayıb. Referendumda 9.127.192 vətəndaş və ya səsvermə hüququ olan bütün vətəndaşların 73,12 faizi iştirak edib. İştirakçıların 87,15 faizi - 7.954.667 nəfər yeni Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib.

Referendum baş tutmuş elan edilib və yeni Konstitusiya qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: