Böyük Britaniyanın milli aviadaşıyıcısı “British Airways” Yaxın Şərq istiqamətində uçuşların dayandırılma müddətini iyun ayına qədər uzadıb.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, şirkət Amman, Bəhreyn, Dubay və Təl-Əviv şəhərlərinə reyslərin 31 may daxil olmaqla ləğv edildiyini təsdiqləyib. Dohaya uçuşlar isə 30 aprelədək dayandırılıb.
Aviadaşıyıcı bəyanatında qeyd edib ki, qərar Yaxın Şərqdə mövcud vəziyyətin qeyri-müəyyənliyi və hava məkanında sabitliyin olmaması ilə bağlıdır. Bildirilib ki, bu addım həm də sərnişinlər üçün daha aydınlıq yaratmaq məqsədi daşıyır.
