Tədqiqatçılar “ağıllı” yara sarğısı hazırlayıblar

A- A A+

Avstraliyalı tədqiqatçılar yaraların real vaxt rejimində müalicəsi üçün yeni “ağıllı” sarğı hazırlayıblar.

NUHÇIXAN Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, Avstraliyanın Kral Melburn Texnologiya İnstitutunun alimləri hidrogel əsaslı sarğıya karbon nöqtələri adlı nanomateriallar əlavə edərək onun həm monitorinq, həm də müalicə funksiyası daşımasına nail olublar.

Bildirilib ki, sarğı infeksiya zamanı yaranın pH səviyyəsindəki dəyişikliklərə uyğun olaraq rəngini dəyişir və iltihabı azaltmağa, sağalmanı sürətləndirməyə kömək edən maddələrin ifrazını stimullaşdırır. Müalicə prosesi sarğıya yüngül təzyiq göstərməklə aktivləşdirilə bilər.

Qeyd olunub ki, yeni texnologiya həkimlərin daha operativ və effektiv müdaxiləsinə imkan yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: