Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti Aktau-Dubay-Aktau marşrutu üzrə uçuşların müvəqqəti dayandırılması müddətini aprelin 19-na qədər uzadır.
NUHÇIXAN “FlyArystan”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, qərar Yaxın Şərqdə davam edən qeyri-sabit vəziyyət ilə əlaqədar verilib.
Aviaşirkət bundan əvvəl bu marşrut üzrə uçuşların martın 31-nə qədər müvəqqəti dayandırıldığını açıqlamışdı.
Ləğv edilmiş uçuşların sərnişinlərinə daha gec tarixə pulsuz yenidən bronlama və ya cərimə olmadan tam geri ödəmə təklif olunacaq.
