Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Asan Darbayevlə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya İdarəsinin rəhbəri Uilyam Tompson arasında Astanada keçirilən görüşdə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyətinin artırılması layihəsi də daxil olmaqla Avropa İttifaqının dəstəyi ilə birgə təşəbbüslərin həyata keçirilməsi müzakirə olunub.
NUHÇIXAN Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, marşrutun inkişafı Avropa ilə Asiya arasında tranzit potensialının və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir.
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir.
