Gürcüstan XİN ABŞ-nin viza ilə bağlı qərarına reaksiya verib

A- A A+

"ABŞ-nin Gürcüstan vətəndaşlarına qeyri-immiqrant vizalarının verilməsinə girov qoymaq barədə qərarı vətəndaşlar tərəfindən viza siyasətinin pozulması hallarının yüksək olması ilə əlaqədardır".

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik Gürcüstan vətəndaşlarını ABŞ-nin viza qaydalarına riayət etməyə çağırıb. “Tramp administrasiyasının sərt immiqrasiya siyasəti hamıya məlumdur və bu, konkret addımlarda öz əksini tapır. Qərar həm də daha sərt immiqrasiya siyasətinin bir hissəsidir. Biz Gürcüstan vətəndaşlarını ABŞ viza qaydalarına ciddi şəkildə riayət etməyə və mövcud viza rejimini pozmamağa çağırırıq ki, bu da Gürcüstana bu məsələdə Amerika tərəfi ilə işləməyə davam etməyə imkan verəcək", -deyə Gürcüstan XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, ABŞ Gürcüstana viza siyasətində dəyişiklik edib. Vətəndaşlarının müəyyən növ ABŞ vizaları üçün 15 min dollara qədər viza depoziti ödəməli olduğu ölkələrin siyahısına Gürcüstan da əlavə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: