Yaxın Şərqdə enerji infrastrukturuna, xüsusilə Qətərin əsas qaz mərkəzi olan Ras-Laffan kompleksinə edilən hücumlardan sonra Böyük Britaniya və Avropada qaz qiymətləri kəskin artıb.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, erkən ticarət saatlarında Böyük Britaniya və Avropanın topdansatış bazarlarında qazın qiyməti 25 faizdən çox artsa da, sonradan qismən azalıb. Bununla belə, Avropada qazın qiyməti münaqişədən əvvəlki səviyyə ilə müqayisədə iki dəfədən çox artıb.
Böyük Britaniyada isə bu səhər qaz qiymətləri 20 faizdən çox artaraq ümumilikdə 23 faiz artım göstərib. Eyni zamanda, neftin qiyməti də təxminən 5 faiz artaraq bir barel üçün 113 dollar olub.
Qətərin dövlət enerji şirkətinin məlumatına görə, İran tərəfindən həyata keçirilən iki dalğa hücum nəticəsində ölkənin əsas qaz mərkəzində genişmiqyaslı ziyan qeydə alınıb.
