Böyük Britaniya ilə ABŞ arasında İran məsələsi fonunda gərginliyin artmasına baxmayaraq Kral III Çarlzın gələn ay ABŞ səfəri plan üzrə baş tutacaq.
NUHÇIXAN “The Independent”ə istinadla xəbər verir ki, Kral III Çarlz və Kraliça Kamillanın ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə Vaşinqton və Nyu-Yorka səfər edəcəyi bildirilir. Məlumata görə, üç gün davam edəcək səfər zamanı Böyük Britaniyanın xarici işlər naziri İvett Kuperin də səfər zamanı kral ailəsini müşayiət edəcəyi gözlənilir. Bu səfər iki ökə arasında münasibətlərin gərgin olduğu bir dövrə təsadüf edir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Kral III Çarlzla yaxın zamanda görüşməyi səbirsizliklə gözləyir. Buna baxmayaraq, bəzi çağırışlarda bu tarixi səfərin təxirə salınması təklif olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Böyük Britaniyanın müharibə ilə bağlı mövqeyini tənqid edərək, Baş nazir Kir Starmerin ABŞ-nin dəstək çağırışlarına reaksiyasını böyük səhv adlandırıb və Britaniya ilə ticarət üzrə yaxşı razılaşma əldə etmək səylərinin lazımi qiymət almadığını vurğulayıb.
