Aralıq dənizinin Türkiyə sahillərində, Antalya rayonunda ümumi çəkisi 1,5 ton mis külçələr yüklənmiş və 3600 il bundan əvvəl batmış ticarət gəmisi aşkarlanıb.
NUHÇIXAN Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, 14 metr uzunluğu olan gəmi Antalya Aralıq Dənizi Universitetinin arxeoloqları tərəfindən tapılıb. Əyalət qubernatoru Munir Karaoğlu tapıntını sualtı arxeologiyada sıçrayış adlandırıb.
“Gəminin qalıqları eramızdan təxminən 1600 əvvələ aid edilir. Bu gəmi dünyanın ilk sənaye məhsullarını daşıyırdı”, - deyə Munir Karaoğlu bildirib.
Alimlərin fikrincə, Egey dənizi istiqamətində üzən ticarət gəmisi şiddətli qasırğa nəticəsində batıb.